Xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Ağdam rayonunda da dərin hörmət və ehtiramla anılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Ulu Öndərin vəfatının iyirmi birinci ildönümü ilə əlaqədar rayon sakinləri əllərində gül-çiçək dəstələri Quzanlı qəsəbəsinin mərkəzi meydanına gələrək dahi rəhbərin abidəsini ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri böyük siyasi xadim Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyub, Allahdan ona rəhmət diləyiblər.
Sonra Ümummilli Liderin anım günü ilə əlaqədar ehsan verilib.