Ulu Öndərə həsr olunan kitab ərəb və fransız dillərində çap edilib

12 Dekabr 2024 19:04 (UTC+04:00)

“Müasir Azərbaycanın banisi Heydər Əliyev” kitabının Əlcəzairdə ərəb və fransız dillərində çap olunan nüsxələri bu ölkənin ictimaiyyətinə təqdim olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu münasibətlə Tipaza valiliyinin binasında keçirilən tədbirdə çıxış edən səfir Tural Rzayev, Ulu Öndərin təməlini qoyduğu siyasi xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, iqtisadi müvəffəqiyyətlər, demokratik islahatlar, 30 il davam edən Ermənistan işğalına son verilərək ərazi bütövlüyümüzün təmin edilməsi, ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq tədbirlər barədə ətraflı məlumat verib.

Tədbirdə Tipaza valiliyinin rəsmiləri, Tipaza vilayətinin ictimai xadimləri və KİV nümayəndələri iştirak ediblər.