Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü Şirvanda silsilə tədbirlərlə qeyd edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şəhər icra hakimiyyətinin, YAP şəhər təşkilatının, hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəsissələrin rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Sonra mərasim iştirakçıları Şirvan şəhər Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponantlarla tanış olublar.
Daha sonra Ulu Öndərin anım günü ilə əlaqədar ehsan süfrəsi açılıb. Mərasimdə Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən bəhs edən “Millət atası” filmi nümayiş olunub.