“Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”, - deyən dahi rəhbər Ümummilli Lider Heydər Əliyev təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb". Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi dövrdə təhsil sahəsini prioritet mövzuları sırasına daxil edib. Ötən əsrin 70-80-ci illərində Onun rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və bir çox layihələri milli müstəqillik üçün zəruri intellektual zəmin yaratmışdır. Həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət alıb, həmçinin təhsil infrastrukturu tamamilə yeniləşib, Respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilmiş, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artıb". "Space" kanalının baş redaktoru Əhməd Əsgərov dahi rəhbərin təhsil sahəsində apardığı islahatlar barəsində SİA-ya açıqlamasında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün sahələrdə inkişafla yanaşı, xüsusilə təhsil sahəsində apardığı bir çox islahatlar sayəsində o dövrdə oxuyan gənclərin imkanları xeyli genişləndi: "Tələbələrimiz Avropa, Amerika, Çin və bir çox ölkələrdə təhsil almaq üçün imkanlar yaradıldı. Dövlət xətti ilə gedən təhsildə bir çox yeniliklər yarandı. Heydər Əliyevin təhsil islahatları hal-hazırda özünü göstərməkdədir. Təhsil ilə yanaşı iqtisadiyyat, sosial, elm, mədəniyyət sahəsindədə çox mühüm addımlar atılmışdır. Ulu Öndərin bu islahatları gələcəkdədə özünü göstərəcək".
Xeyrənsə Piriyeva