“Biz çox xoşbəxt millətik ki, Heydər Əliyev kimi Ümummili Liderimiz var. Belə dahilər 100 ildə bir doğulur o da bizim ölkəmizin bəxtinə düşüb”. Bu sözləri SİA-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.
O, fikirlərini bölüşərək bunları qeyd edib: "Heydər Əliyev olmasaydı bəlkə də biz bugünki gözəl günləri, bu inkişafı görə bilməzdik. O, yeni Azərbaycanımın qurucusu və memarıdır. Bu gün hansı tərəfə baxırıqsa Ulu Öndərin əl izlərini görürük. Və təbii ki, Onun ruhu şaddır. Bu gün Qarabağımız azaddır. Onun layiqli davamçısı cənab Prezidentimizin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 gün ərzində tarix yazaraq mənfur düşməni tarixi torpaqlarımızdan qovdu. Artıq bu günləri Qarabağımız çox sürətlə yenidən qurulur, yollar çəkilir, abadlaşdırılır. Mən deyərdim ki, Heydər Əliyevin muğam sənətinə, milli musiqiyə xüsusi diqqət və qayğısı var idi. Mən xoşbəxt sənətkaram ki, dəfələrlə Ulu Öndərimizlə söhbətimiz olub, görüşmüşük onun xarici səfərində bir yerdə olmuşam. O mənim Leyli Məcnun tamaşamda da olub. Mənim üçün çox böyük bir qürurdur ki, Onunla eyni zamanda yaşamışam. Nə qədər Azərbaycan xalqı var, Ulu Öndərimiz həmişə yaşayacaq. O əbədi yaşar liderdir. Heydər Əliyev hər birimizin qəlbində özünə bir abidə qurub. Bu günləri isə Onun anım günüdür minlərlə insan axışır Onun ziyarətinə gedir. Bu da Ulu Öndərin xalqın sevimlisi olduğunun göstəricisidir. Allah ruhunu şad eləsin”.
Ülkər Rəhmanqızı