Lənkəranda müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib. SİA xəbər verir ki, tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, müharibə veteranları, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anım mərasiminin iştirakçıları Ümummilli Liderin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, dərin sevgi və hörmətlərini ifadə ediblər.
Sonra ehsan süfrəsi açılıb, mərasim iştirakçıları Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edərək, onun Azərbaycanın inkişafı, müstəqilliyinin qorunması və ölkəmizin daha da güclənməsi istiqamətində gördüyü əvəzsiz işlərdən danışıblar.
Qeyd edək ki, Lənkəranda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan anım tədbirləri gün ərzində silsilə şəkildə davam edib. Sakinlər Ulu Öndərin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edərək, xatirəsini dərin hörmət və ehtiramla anıblar.