Təcili Tibbi Yardım avtomobili ilə Astaradan Lənkərana gətirilən xəstə ölüb. SİA xəbər verir ki, bir neçə gün bundan əvvəl Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili ilə Astaradan Lənkərana gətirilən insult xəstəsi olan Astara rayon sakini 1956-cı il təvəllüdlü A. Əhmədova vəfat edib.
Xatırladaq ki, həmin gün Astaradan Lənkərana gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili Ələt-Astara magistralında, Lənkəran rayonunun Digah kəndi ərazisində Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü N.Şərifzadənin idarə etdiyi "Hundai Tucson" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində, Təcili Tibbi yardım avtomobilində olan xəstə A.Əhmədova və xəstənin yaxınları 1977-ci il təvəllüdlü E. Əhmədova və 1988-ci il təvəllüdlü S.İbrahimov Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. A. Əhmədova təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, "Hundai Tucson" sürücüsü N.Şərifzadə də Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşıdır.