13 dekabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında saat 15:00-da “Hüceyrələrimizin rəngli dünyası: Patolojinin görünməyən tərəfləri” mövzusunda seminar həyata keçiriləcək. SİA xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının Patomorfologiya şöbəsinin rəisi Zərifə Yusifli geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.
Seminar bütün ixtisaslı həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!
Seminarda iştirak üçün 051 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.