"Sona qədər mübarizə aparacağam” - Cənubi Koreya prezidenti

12 Dekabr 2024 11:50 (UTC+04:00)

Cənubi Koreya prezidenti Yoon Suk Yeol ötən həftə hərbi vəziyyət elan etmək barədə verdiyi qərarını yenidən müdafiə edərək bunu ölkənin demokratiyasını qorumaq üçün irəli sürdüyünü bildirib. SİA BBC-yə istinadən xəbər verir ki, o televiziyaya müraciətində bildirib ki, bu cəhdin atılması demokratiyanın “yıxılmasının qarşısını almaq” və “müxalifətin parlament diktaturasına” qarşı çıxması üçündür.

Yoon parlamentdə impiçment elan etmək üçün ikinci səsvermədən əvvəl istefa verməyəcəyini təklif edib: “Mən impiçment olunsam və ya istintaqa cəlb olunsam da, qətiyyətlə dayanacağam. Sona qədər mübarizə aparacağam”.

Xeyrənsə Piriyeva