Yaponiyalı məşhur karate ustası, 9-cu dan qara kəmər sahibi Hitoşi Kasuya Azərbaycanda səfərdədir. Azərbaycan Karate Federasiyasından SİA-ya verilən məlumata görə, o, 32-ci ümumrespublika seminarının açılış mərasimində iştirak edəcək.
Kasuyanın rəhbərliyi ilə keçiriləcək seminar dekabrın 13-də başlayacaq və 3 gün davam edəcək. Açılış mərasimi sabah saat 09:30-da başlayacaq.