"Azərbaycanda 4400-ə qədər məktəb binası var". SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, istismar müddəti başa çatmış məktəblərlə bağlı iş hər il davam etdirilir: "Mərhələli şəkildə bu iş bitəcək. Eyni zamanda, azad edilmiş ərazilərdə də yeni məktəblər tikilir”.