İnsanlara süni və yanlış gözəllik standartları təlqin edilir. SİA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O, sağlam, qüsursuz insanları lazımsız, ziyanlı prosedurlardan uzaq durmağa çağırıb: "Gəlin gözəllik anlayışını tam anlayaq. Bilirsiniz ki, tələb təklif doğurur. İnsanlar plastik əməliyyatlara meyil edir. Düşünürəm ki, bu istiqamətdə maarifləndirmə aparılmalıdır".