"Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılır" - Teymur Musayev

12 Dekabr 2024 11:22 (UTC+04:00)

Səhiyyə Nazirliyində saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılır. SİA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, saxta həkimlərin sosial şəbəklərdən xəstələr cəlb etdiyi məlum olub: "Bununla bağlı Baş Prokurorluğa müraciət olunub. Bu kimi hallarla bağlı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək"