Hikmət Hacıyev Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb

12 Dekabr 2024 10:58 (UTC+04:00)

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri arasında müzakirələr aparılır. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyevin sözlərinə görə,iki ölkə arasında açıq qalan müəyyən məsələlər var ki, onlara da işçi qaydada baxılmaqdadır.