“"Dərnəgül-Bakmil" istiqamətində hərəkət edən qatarın vaqonlarından birinin qapısının bağlanmasında nasazlıq ehtimalı olduğuna görə sərnişinlər düşürülüb”. Bu sözləri SİA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, qrafikə uyğun olaraq "Bakmil" stansiyasından "Nərimanov" elektrik deposuna hərəkət etməli olan qatarda texniki baxışın depo şəraitində keçirilməsi qərarı verilib.
Xatırladaq ki, bir az əvvəl sərnişinlərdən birinin redaksiyamıza verdiyi məlumata görə, metronun 20 Yanvar stansiyasında problem yaranıb. Belə ki, qatarda nasazlıq yarandığı üçün sərnişinlər 20 Yanvar stansiyasında düşürülüb.
Ayşən Vəli