Şirvan kanalının Göyçaydan keçən hissəsi tam bərpa edilib - ADSEA - FOTOLAR

12 Dekabr 2024 09:49 (UTC+04:00)

Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi tam bərpa edilib. Bu barədə SİA-ya Azərbaycan Dövlət Su Agentliyinə (ADSEA) istinadən xəbər verir.

Məlumata görə, Lək kəndi ərazisində torpaq qatının yarılması ilə bağlı problem tam aradan qaldırılıb. Suvarma kanalında təmir-bərpa işləri canlı qüvvə və ağır texnika vasitəsilə həyata keçirilib, təhlükəsizlik tədbirləri görülüb.

Bildirilib ki, hadisə nəticəsində ətrafa heç bir ziyan dəyməyib.