BƏƏS fəaliyyətini dayandırdı

12 Dekabr 2024 08:16 (UTC+04:00)

Suriyaya 60 ildən artıq rəhbərlik etmiş BƏƏS Partiyası respublikadakı fəaliyyətini sonrakı xəbərdarlığa qədər dayandırdığını elan edib. SİA bu barədə TASS-a istinadən xəbər verir. Bundan əlavə, partiya öz silahlarını, eləcə də texnika və nəqliyyat vasitələrini Suriyanın müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinə təhvil vermək qərarına gəlib.