Zelenski Orbanın təklifini rədd etdi

12 Dekabr 2024 05:13 (UTC+04:00)

"Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın Milad bayramı üçün atəşkəs rejiminin yaradılması və hərbi əsirlərin mübadiləsinin aparılması təklifini rədd edib”. SİA xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban “X” hesabında paylaşım edib. Siyasətçi qeyd edib ki, Macarıstan Avropa İttifaqına sədrliyinin sonunda sülhə nail olmaq üçün yeni səylər göstərib.

“Prezident Zelenskinin açıq şəkildə bu təklifi rədd etməsi və onu nəzərdən keçirməməsi təəssüf doğurur. Əlimizdən gələni etdik!” - nazir qeyd edib.