Hadisə qızın anasının gözü qarşısında baş verib.

11 Dekabr 2024 22:34 (UTC+04:00)

...Uşaq portağal yedikdən sonra vəziyyəti kəskin şəkildə pisləşıb: hırıltı, öskürək və boğulma başlayıb.

SİA-nın məlumatına görə, Kalininqradda həkimlər portağal səbəbiylə ürəyi dayanmış səkkiz yaşlı məktəbli qızı xilas ediblər.

“Klops”un sözlərinə görə, ana təcili yardım çağırıb, həkimlər qıza qida allergiyası və anafilaktik şok diaqnozu qoyublar. Gələn iki həkim briqadası kritik vəziyyətlə üzləşib. Uşaqda qıcolmalar və ağciyər ödemi başlayıb və o, həyat əlamətləri göstərməyi dayandırıb.

Mütəxəssislər təcili traxeya intubasiyası həyata keçiriblər, ventilyator qoşaraq vəziyyəti stabilləşdirə bildilər.

Qız nəfəs almağa başlayıb və xəstəxanaya yerləşdirilib. ...Bundan əvvəl məlum olmuşdu ki, hamilə qadın dərmandan allergiyaya görə Voronej xəstəxanasında dünyasını dəyişib.

...Leninqrad vilayətində üç yaşlı uşaq soyuqdan yaranan allergiyadan ölüb.

Nazlı Almuradova