Belarusiyalı təhlükəsizlik qüvvələrinin təzyiqi nəticəsində intihar edib

11 Dekabr 2024 20:24 (UTC+04:00)

...Belarusun Pinsk şəhərinin 60 yaşlı sakini Svetlana Krutikova təhlükəsizlik qüvvələrinin təzyiqi nəticəsində özünü qatarın altına ataraq ölüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə dissidentby telegram kanalı mərhumun dostlarına istinadən məlumat yayıb.

Svetlana bir neçə dəfə "ekstremizm" işlərində mühakimə olunub və həbs cəzasına məhkum edilib.

Onun sonuncu məhkəməsi noyabrın 6-da “ekstremist” materialların yayılması ilə bağlı inzibati maddə üzrə keçirilib.

...Qadının tanışlarının dediyinə görə, o, axtarışlara, həbslərə, yoxlamalara və polisin müntəzəm psixoloji təzyiqinə tab gətirə bilməyib.

Bu barədə insan hüquqları layihəsi yazır.

Svetlananın tanışları vurğuladılar ki, Krutikovanın intihar etməsinin yeganə səbəbi siyasi təqibdir. O, çox aktiv və şən idi.

Svetlananın sosial şəbəkələrinə görə o, əri ilə iki uşaq böyüdüb. Svetlana mütəmadi olaraq viktorinalara gedir, bilyard oynayır, yayda isə çiçək yetişdirirdi.

O, son şəklini 1,5 ay əvvəl İnstaqramda yerləşdirib.

Əli Babayev