“Ədəbiyyata baxış və tərcümə tarixinə bir nəzər” – yeni nəşr

11 Dekabr 2024 18:38 (UTC+04:00)

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin böyük elmi işçisi Ofelya Nağıyeva-İsmayılovanın “Ədəbiyyata baxış və tərcümə tarixinə bir nəzər” (məqalələr toplusu) kitabı işıq üzü görüb. Kitab Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilib.

SİA-nın məlumatına görə, bu barədə institutdan bildirilib. Kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, “Ön söz”ün müəllifi və rəyçisi professor Gülər Abdullabəyova, digər rəyçisi isə dosent Lyudmila Səmədovadır.

Kitabda müəllif rus dilindən Azərbaycan dilinə edilmiş tərcümələrin tarixinə nəzər salır, onların variant müxtəlifliyi, güclü və zəif cəhətlərinin bəzi səciyyəvi xüsusiyyətlərini araşdırır, orijinalın fikir və obrazlar sistemi daxilində tərcüməçinin yaradıcılıq axtarışlarını təhlil edir.