Suriyada PKK/YPG TRT-nin komandasına hücum edib

11 Dekabr 2024 18:06 (UTC+04:00)

Terror təşkilatı PKK/YPG Suriyaya ezam olunmuş "TRT Haber" komandasına kamikadze pilotsuz uçan aparatla hücum edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Suriyada Əsəd rejimini devirən müxaliflər rejimin süqutunu rəsmən elan etdikdən sonra Mənbicdə əməliyyat keçirib. Terror təşkilatı PKK/YPG-nin nəzarətində olan Mənbicdə keçirilən əməliyyat uğurla nəticələnib.

TRT komandası bu hadisələri yerində işıqlandırmaq üçün Mənbicdə canlı yayım edərkən PKK/YPG-nin hədəfinə çevrilib. Hücum zamanı komandanın avtomobilinə ciddi ziyan dəyərkən, komanda üzvlərinin hücumdan yüngül xəsarətlərlə xilas olduğu bildirilib.