Çöl ayaqqabıları ilə evdə gəzməyin...

11 Dekabr 2024 23:15 (UTC+04:00)

...Evdə küçə ayaqqabısı ilə gəzmək vərdişi sağlamlıq üçün təhlükəlidir. Bu, müxtəlif bakterial infeksiyalara səbəb ola bilər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu sahə üzrə mütəxxəsisin sözlərinə görə, müxtəlif patogenlər ayaqqabının altında yaşaya bilər, onlar dəridə, selikli qişalarda və ya tənəffüs yollarında mikrozərərlərə məruz qaldıqda müxtəlif xəstəliklərə səbəb ola bilər.

Həkim xatırladıb ki, tüpürcək hissəciklərindən, bioloji mayelərdən və heyvan tullantılarından törədilən patogenlər dabanda qalır.

Onlar bir neçə gün canlı qalırlar.

Və bir insana təsir edərək, dərinin qaşınmasına, qızartısına və soyulmasına səbəb olan göbələk və yoluxucu xəstəliklərə səbəb olurlar.

Bundan əlavə, nəcis bakteriyaları, o cümlədən bəzi suşları patogen olan bağırsaq çubuqları, demək olar ki, hər hansı bir ayaqqabının altına düşə bilər.

Bu isə mədə-bağırsaq xəstəliklərinə, qida zəhərlənməsinə və ciddi uroloji infeksiyalara səbəb ola bilər...

Nazlı Almuradova