“Dəstək” Fondunun bu ilin 11 ayı ərzində Naxçıvan Muxtar Respublikasında (MR) xərclədiyi vəsaitin məbləği bəyan edilib. SİA-nın məlumatına görə, Naxçıvan MR-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “DƏSTƏK” Fondu tərəfindən 2024-cü ilin yanvar-noyabr ayları ərzində 989 min 653 manat vəsait xərclənib.
Qeyd olunan dövr üzrə Fondun xərc istiqamətləri aşağıdakı kimi olub:
Müalicə və psixoloji dəstək istiqaməti üzrə - 150 nəfərə 120 min 365 manat,
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə - 290 nəfərə 654 min 230 manat
Borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə - 22 nəfərə 169 min 258 manat
Təhsil haqqının ödənilməsi istiqaməti üzrə - 2 nəfərə 8 min 900 manat
Digər istiqamətlər üzrə - 36 min 900 manat.