Azərbaycanın gimnastika hakimləri yüksək nəticə göstəriblər

11 Dekabr 2024 11:05 (UTC+04:00)

Azərbaycan təmsilçiləri İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası tərəfindən keçirilən 2025-2028-ci illər Olimpiya dövrünü əhatə edən qitələrarası hakimlik kurslarında yüksək nəticə göstəriblər. Bu barədə SİA-ya gimnastika federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Kurslarda ölkəni akrobatika və idman gimnastikası üzrə hakimlər təmsil ediblər.

1. Əhməd Ağayev - kateqoriya 1 (idman gimnastikası)
2. Rza Əliyev - kateqoriya 2 (idman gimnastikası)
3. Durdanə Əhmədova - kateqoriya 3 (akrobatika gimnastikası)
4. ⁠Arif Feyziyev - kateqoriya 3 (parkur)

Qeyd edək ki, kurslar dekabrın 1-8-i aralığında baş tutub.