İki gün öncə qəza edən sürücü ölüb

11 Dekabr 2024 09:51 (UTC+04:00)

Neftçalada iki gün öncə qəza edən sürücü ölüb. SİA xəbər verir ki, rayonun Bankə qəsəbəsində “Ural” markalı motosikletlə su kanalına düşərək xəsarət alan 1986-cı il təvəllüdlü Hadıyev Rəşad xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.