...Amerikada bir qadın üç gün əvvəl yoxa çıxan demensiya xəstəsi olan ərini xəbərlər sayəsində tapa bilib.
SİA xatırladır ki, demans beynin qazanılmış üzvi zədələnməsi nəticəsində yaranan sindromdur. Mütərəqqi və geri dönməz dəyişiklik ilə xarakterizə olunur...
Avril Blek bildirib ki, əri Maykla bir neçə il əvvəl demensiya diaqnozu qoyulub. O, dəfələrlə icazəsiz mənzili tərk etsə də, onu kifayət qədər tez tapıblar.
Noyabrın sonunda Maykl yenidən evi tərk edib. Həmin şəxsin bir müddət avtostopla məşğul olduğunu öyrənmək mümkün olub.
İzlər itirildikdən sonra o, itkin düşmüş elan edilib. Polis Mayklı axtarsa da, heç bir nəticə olmayıb.
Avril bütün bu müddət ərzində ərini tezliklə tapacağına ümid edərək dua edib.
Deməli, günlərin birindəŞ yəni ırinin itkin düşməsindən üç gün sonra qadın KSL-TV-də xəbər buraxılışına baxırmış. Video Şükran günü üçün yemək alan sığınacaq haqqında imiş. Və kadrların birində Avril Mayklı görür.
...Ertəsi gün qadın, polisə müraciət edir. Qadının ehtimalı təsdiqlənib - həqiqətən də Maykl sığınacaqda imiş.
İndi cütlük birləşib və Avril daha ayıq olmağı planlaşdırır.
Amma nə bilmək olar, birdən kişi yenə də qaçar a...
Nazlı Almuradova