Türkiyədə zəncirvari qəza baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 51 nəfər yaralanıb. Türkiyənin NTV Haber telekanalı məlumat veri ki, Van Erciş şosesində 30-a yaxın avtomobil toqquşub. Bölgəyə səhiyyə, polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Bölgə valisi Ozan Balcının sözlərinə görə, buna səbəb qatı duman və yolda gizli buz bağlaması olub. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Dörd nəfərin vəziyyəti xüsusilə ağırdır.
Qəzada iştirak edən bütün avtomobillər yoldan çıxarıldıqdan sonra yolun hərəkət hissəsi bir zolaqdan hərəkətə açıldığı dəqiqləşdirilir.
Əli Babayev