Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xırdalanda vətəndaşları qəbul edəcək. Bu barədə SİA-ya komitədən məlumat verilib.
Qəbul dekabrın 19-u saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda Abşeron və Zəngilan rayon sakinlərinin müraciətlərinə baxılacaq.