Bakıda 2 mərtəbəli evdə yanğın olub

10 Dekabr 2024 16:54 (UTC+04:00)

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Yüksək temperaturdan sanitar qovşağının lambirdən ibarət tavanı 8 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.