"Bu zaman məhsulun keyfiyyəti aşağı düşür" - MÜNASİBƏT BİLDİRİLDİ

10 Dekabr 2024 16:22 (UTC+04:00)

Hamıya məlumdur ki, xüsusilə də iş qadınları yarımfabrikat məhsullara üstünlük verir. Belə ki, onların dondurucusunda daim hazır dolmalar, kotletlər, xəngəllər və s. olur. SİA mövzu ilə bağlı qida üzrə baş mütəxəssis Ağa Salamovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, ümumiyyətlə, yarımfabrikatların dondurulması problemi yoxdur: “Yəni, yarımfabrikatları dondurmaq olar. Məsələn, düşbərə, çiy dolma əti və s. bura aiddir.

Amma bişmiş əti, bişmiş məhsulları dondurmaq təhlükəli deyil: “Ancaq bu məhsulların keyfiyyəti aşağı düşür. Yəni, təzə bişmişlə dondurulmuşun arasında təbii ki yerlə göy qədər fərq olur. Həm dadında, həm görünüşündə, həm təqdimatında görürsən ki bəzi çatışmamazlıqlar olur”.

Ağa Salamov sözlərinə belə davam edib: “Ona görə mən düşünürəm ki, bişmiş məhsulları dondurmaqdansa onu elə hazır bişmiş vəziyyətdə isti-isti yemək daha məqsədəuyğundur. Məsələn, indi şorbaları da dondururlar. Bəzi ictimai iaşə müəssisələrində, otellərdə də bu belədir. Yəni bunların dondurulması da düzgün deyil. Çünki şorba bugün bişdisə gündəlik bişirilməlidir və gündəlik də təqdim olunmalıdır. Nə üçün? Çünki ləzzət ehtiva etməlidir. Bu həm müştərilərə, həm insanlara daha çox keyfiyyəti ehtiva edir, nəinki dondurulmuş və donu açılmış məhsullar”.

Ayşən Vəli