Azərbaycan və BƏƏ mərkəzi bankları arasında risklərin idarə edilməsi müzakirə edilib

10 Dekabr 2024 11:34 (UTC+04:00)

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi bankları arasında risklərin idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, AMB-nin Risklərin idarə edilməsi, Strategiya və layihə idarəetməsi departamentlərinin nümayəndələri BƏƏ-nin Mərkəzi Bankına işgüzar səfər edib.

Səfər çərçivəsində strateji planlaşdırma, eləcə də layihələrin və risklərin idarə edilməsi sahələri üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb, qabaqcıl yanaşmalar və uğurlu təcrübələr nəzərdən keçirilib.