Texniki anbarda baş vermiş yanğının səbəbləri araşdırılır

10 Dekabr 2024 11:22 (UTC+04:00)

Dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb.

Xəsarət alan olmayıb, hadisənin başvermə səbəbləri araşdırılır.