Naxçıvanda əlillik təyin olunan şəxslərin sayı

10 Dekabr 2024 10:42 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında (MR) cari ilin yanvar-noyabr ayları üzrə əlillik təyin edilən şəxslərin sayı məlum olub. SİA-nın məlumatına görə, 2024-cü ilin yanvar-noyabr ayları üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2 min 90 şəxsə əlillik təyin edilib.

Onlardan 1258 nəfərə ilkin, 832 nəfərə isə təkrar əlillik təyinatı aparılıb.