Kişi voleybolçular arasında Azərbaycan çempionatında II tur başlayır

10 Dekabr 2024 09:56 (UTC+04:00)

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tur başlayacaq. SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

MOİK - “Xilasedici” görüşü saat 15:00-da, "Azərreyl" - "Gənclər" oyunu saat 17:00-da start götürəcək.

Matçlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.

Qeyd edək ki, dekabrın 11-də, saat 15:00-da isə “Murov Az Terminal” ilə "Neftçi" münasibətlərə aydınlıq gətirəcəklər.