Kir Starmer Məhəmməd bin Salmanla görüşüb

10 Dekabr 2024 05:49 (UTC+04:00)

Böyük Britaniyanın Baş naziri Kir Starmer Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd bin Salmanla Ər-Riyadda görüş keçirib. SİA Baş nazirliyin ofisinə istiadla xəbər verir ki, liderlər Böyük Britaniyanın iqtisadi artım təşəbbüslərinə dəstək verən Səudiyyə sərmayələri, xüsusilə də yaşıl enerji sektorundakı layihələr barədə müzakirələr aparıblar. Görüşdə, həmçinin İsraillə Qəzza zolağındakı vəziyyət də diqqət mərkəzində olub.

Baş nazirin sözçüsü əlavə edib ki, Kir Starmer Məhəmməd bin Salmanı Böyük Britaniyaya dəvət edib.