“Şamaxı” komandası iki futbolçusu ilə yollarını ayırıb.
SİA xəbər verir ki, klubdan verilən məlumata görə, müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Giorgi Kantariya ilə müqavilələrə xitam verilib.
Səbəblər barədə klub hər hansı bir açıqlama verməyib.