Avstriya Şengen zonasının genişləndirilməsi ilə bağlı vetosunu ləğv edib

9 Dekabr 2024 21:38 (UTC+04:00)

Avstriya hakimiyyəti Rumıniya və Bolqarıstanın Şengen zonasına daxil olması ilə bağlı vetosunu ləğv edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Puls24 bu barədə Avstriya Daxili İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.

...Şengen ölkəsi indi Rumıniya və Bolqarıstan üçün də açıqdır.

Qeyd edək ki, portal bunu departamentin rəhbəri Gerhard Karnerdən sitat gətirir.

Əli Babayev