Tramp: "Putin uduzdu..."

9 Dekabr 2024 20:27 (UTC+04:00)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, o, Ukrayna üçün sülhə dair “vizion formalaşdırır”. Amerika lideri həmçinin qeyd edib ki, rus diktatoru Vladimir Putin cəbhədə 700 min insan itirdiyi üçün uduzub.

SİA-nın əldə etdiyi məlumata görə, “The New York Post”a şərhində Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski “sülh”ə və atəşkəsə hazırdır.

...Zelenski atəşkəsə sadiqdir. O, sülhə nail olmaq istəyir, - ABŞ-ın yeni seçilmiş prezidenti bildirib.

Trampın sözlərinə görə, Kiyevin mövqeyi “irəliyə doğru mühüm addımdır”.

Bununla belə, o qeyd edib ki, Zelenski ilə təfərrüatlar barədə danışmayıb.

Əli Babayev