...Çin şirkəti Geely öz daxili bazarında yeni plug-in hibrid krossover Galaxy Starship 7-ni təqdim edib.
SİA-nın məlumatına görə, dizayn baxımından Geely Galaxy Starship 7 Galaxy ailəsindəki digər modellərdən xüsusilə fərqlənmir. Avtomobilin ölçüləri: 4740/1905/1685 mm, təkər bazası 2755 mm. Bəyan edilmiş baqajın həcmi 528 litr, arxa cərgə qatlanmış halda isə 2065 litrdir. İçəridə xüsusi Flyme Auto sistemində işləyən iki ayrı idarə paneli və multimedia ekranı var. Avadanlığa həmçinin 16 dinamikli Flyme Sound audio sistemi və ağıllı isitmə, 14 nöqtəli masaj, eləcə də ventilyasiya ilə oturacaqlar daxildir.
...Galaxy Starship 7 yeni GEA platformasında qurulub və ən son nəsil Thor hibrid sistemi ilə təchiz edilib. Buraya 112 at gücünə malik 1,5 litrlik atmosfer və 218 at gücünə malik bir ön elektrik mühərriki daxildir.
Alıcılara 8,05 və ya 19,09 kVt/saat tutumlu iki akkumulyator seçimi təklif olunur. Birinci halda elektrik diapazonu 55 km, ikincidə isə 120 km olacaq (CLTC dövrünə uyğun olaraq). Hibrid rejimdə maksimal məsafə 1420 km-dir.
Nazlı Almuradova