Naxçıvanda növbəti seleksiya məşqləri keçirilib

9 Dekabr 2024 14:11 (UTC+04:00)

Naxçıvan Futbol Federasiyasının (NFF) təşkilatçılığı ilə muxtar respublikada növbəti seleksiya məşqləri keçirilib. NFF-dən SİA-ya verilən məlumata görə, tədbir Şərurda baş tutub.

Seleksiya məşqlərində 50-yə yaxın uşaq iştirak edib.

Qeyd edək ki, ilk belə tədbir dekabrın 1-də təşkil olunmuşdu.