"Pensiyaların minimum məbləği və minimum əməkhaqqı da yüksələcək" - Musa Quliyev

9 Dekabr 2024 14:00 (UTC+04:00)

Gələn ilin əvvəlindən başlayaraq bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9 faiz artacaq. SİA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.

O bildirib ki, pensiyaların minimum məbləği və minimum əməkhaqqı da yüksələcək: “İşsizlikdən Sığorta Fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin 55 faizi aktiv məşğulluq tədbirlərinə yönəldiləcək”.