Kişi voleybolçular arasında Azərbaycan çempionatında turun proqramı

9 Dekabr 2024 12:39 (UTC+04:00)

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turun proqramı bəlli olub. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oyunlar dekabrın 10-11-də keçiriləcək.

Dekabrın 10-da MOİK - “Xilasedici” görüşü saat 15:00-da, "Azərreyl" - "Gənclər" qarşılaşması saat 17:00-da start götürəcək.

Növbəti gün saat 15:00-da isə “Murov Az Terminal” və "Neftçi" münasibətlərə aydınlıq gətirəcəklər.

Matçlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.