191,5 min şəxsə pensiya və müavinət ödənilib

9 Dekabr 2024 11:46 (UTC+04:00)

Bu ilin noyabr ayında ailə başçısını itirməyə görə 191,5 min şəxsə pensiya və müavinət ödənilib. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 135,8 mini pensiya, 55,7 mini isə müavinət alıb.