75 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

9 Dekabr 2024 09:34 (UTC+04:00)

Sumqayıtda 75 yaşlı piyadanı avtomobil vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1949-cu il təvəllüdlü Kifayət Əli qızı Məmmədovanı avtomobil vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.