Tbilisidə Rustaveli prospektində növbəti etiraz aksiyası başa çatıb və aksiya iştirakçıları artıq evlərinə dönürlər. SİA xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat verib.
Qeyd edək ki, dekabrın 8-i axşam saatlarında Gürcüstan parlamenti yaxınlığında 11-ci etiraz aksiyası başlayıb.
Bu dəfə polis parlamentə bitişik küçələrdə barrikada qurmayıb. Lakin parlament binasından təqribən 300 metr aralıda yerləşən Azadlıq meydanında xüsusi texnika növbə çəkib.
Bir neçə xırda nüans nəzərə alınmasa aksiya dinc şəkildə başa çatıb.