Rusiya BMT Təhlükəsizlik Şurasından məsləhətləşmələr tələb edib

8 Dekabr 2024 21:43 (UTC+04:00)

Rusiya BMT Təhlükəsizlik Şurasından Suriyada yaranan vəziyyətlə bağlı təcili məsləhətləşmələr tələb edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti mənbəyə istinadən yazır.

Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirmişdi ki, Moskva Suriyadakı vəziyyətin inkişafını diqqətlə izləyir. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva Suriyadakı vəziyyəti hədsiz narahatlıqla izləyir.

Əli Babayev