“McLaren” 1998-ci ildən bəri ilk dəfə Konstruktorlar Kubokunun qalibi olub

8 Dekabr 2024 19:16 (UTC+04:00)

Britaniyanın “McLaren” komandası 2024-cü il mövsümü üçün Formula 1 sinfi üzrə Dünya Konstruktorlar Kubokunun qalibi olub.

SİA xəbər verir ki, “McLaren”in britaniyalı pilotu Lando Norris Əbu-Dabidə keçirilən final, 24-cü mərhələ yarışında qalib gəlib. “Ferrari”nin pilotları ispaniyalı Karlos Sayns və moneqasklı Çarlz Lekler müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. Lakin bu, İtaliya komandasına komanda hesabında “McLaren”ə çatmağa kömək etməyib.