Ankarada ağır yol qəzası olub - 5 ölü

8 Dekabr 2024 14:30 (UTC+04:00)

Türkiyənin Ankara şəhərində ağır yol qəzası baş verib. SİA "CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Ankara bələdiyyə sədri Mansur Yavaş bildirib.

Qeyd olunub ki, hərəkətdə olan avtomobil Ankara – Çankırı yolunda aşıb.

Nəticədə maşında olan beş nəfər ölüb. Onların eyni ailənin üzvləri olduğu bildirilir.