Qətər XİN Rusiya, İran və Türkiyənin Suriya ilə bağlı birgə bəyanatını yayıb

8 Dekabr 2024 08:16 (UTC+04:00)

Qətər Xarici İşlər Nazirliyi Rusiya Federasiyası, İran, Türkiyə və beş ərəb ölkəsinin Suriyadakı vəziyyətlə bağlı birgə bəyanatını dərc edib. SİA xəbər verir ki, müvafiq bəyanat qurumun "X” hesabında paylaşılıb. Bəyanata görə, danışıqlarda iştirak edən bütün tərəflər Suriyadakı böhranın siyasi həlli üçün səy göstərilməsi ilə bağlı razılığa gəliblər.